“Turan Tovuz”dan ayrılan Otto Con yeni klubu “Al Madina”da qol hesabını açıb.
İdmanxeber.az-ın məlumatına görə, nigeriyalı forvard Liviya çempionatının 23-cü turunda “Əl Əhli Tripoli” ilə matçda yeni komandasında debüt edib.
Təcrübəli hücumçu görüşün 95-ci dəqiqəsində komandasını məğlubiyyətdən xilas edən qolu vurub.
Qeyd edək ki, “Turan Tovuz”un bu keçiddən 100 min manatdan çox qazandığı deyilirdi.