Ölkə futbolu

“Turan Tovuz”dən ilklər

“Turan Tovuz” Misli Premyer Liqasının XXIII turunda ilklərə imza atıb.

İdmanxeber.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda “Sabah”la səfər görüşündə 2:0 hesabı ilə qalib gəlib.

Tovuzlular ilk dəfə rəqib meydanında keçirdiyi Premyer Liqa matçında 2 qol vurub. Bunadək səfərdə birdən çox qol vurmayan debütant səfərdə ən böyük fərqli qələbəsini qazanıb. “Turan Tovuz” əvvəlki üç qələbəsini bir top fərqi ilə əldə edib.

Tovuzlular həm də ilk dəfə ardıcıl iki səfər görüşündə qalib gəlib. Qərblilər fevralın 6-da “Şamaxı”nı bir qolla üstələyib.

Klub debüt mövsümünün əvvəlki qarşılaşmalarında belə seriyaya imza atmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43