19 Sentyabr 2024
Ölkə futbolu

“Turan Tovuz”dan ayrılan futbolçu Premyer Liqa klubumuza “qiymət oxudu”

“Kəpəz” transfer çalışmalaranı davam etdirir.

İdmanxeber.az-a verilən məlumata görə, Gəncə klubu Luis Paçu ilə danışıq aparır. Hələlik tərəflər arasında razılıq əldə olunmayıb. Buna səbəb maliyyə şərtləridir.

Futbolçunun təklif ediləndən daha yüksək maaş tələb etməsi transferin gerçəkləşməsinə mane olur.

Paçu ötən mövsümü “Turan Tovuz”da keçirib. Tovuz klubu yayda oyunçu ilə yollarını ayırıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43