29 Sentyabr 2024
Kateqoriyasız

“Turan Tovuz”dan növbəti transfer – RƏSMİ

“Turan Tovuz” daha bir qapıçı transferini reallaşdırıb.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Sergey Samok Tovuz klubu ilə anlaşıb.

Rusiyalı qapıçı ilə 1 illik müqavilə imzalanıb.

Son olaraq “KamAz”ın şərəfini qoruyan 23 yaşlı əlcək sahibi daha öncə vətənində “Tom”, “Soçi”, “Novosibirsk”, “Rotor” klublarının formasını geyinib.

Qeyd edək ki, ondan əvvəl isə “Turan Tovuz” İvan Konovalovla anlaşmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43