16 Sentyabr 2024
Ölkə futbolu

“Turan Tovuz”dan növbəti transfer – RƏSMİ!

“Turan Tovuz” heyətini yeni oyunçu ilə gücləndirib.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiəçi Araş Qadiri ilə 2+1 illik müqavilə bağlanıb.

26 yaşlı iranlı futbolçu son olaraq “Traktorsazi”də çıxış edib. O, daha əvvəl İranda “Aliminium” və “Peykan” klublarının formasını geyinib.

Qeyd edək ki, “Turan Tovuz” bu yay Tural Bayramlı, İvan Konovalov, Sergey Samok, Kristian da Silva və Veysəl Rzayevi də heyətinə cəlb edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43