20 Oktyabr 2024
Ölkə futbolu

“Turan Tovuz”la oyun öncəsi “Neftçi”də son durum

Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində “Turan Tovuz”la keçiriləcək oyundan əvvəl “Neftçi”də zədəli oyunçuların durumu bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, mikro zədələri olan Rəhman Hacıyev və Azər Əliyev bu matçı buraxmalı olacaqlar.

Komanda ilə məşqləri yenicə bərpa edən Andre Şinyaşiki baş məşqçinin qərarı ilə “Turan Tovuz”la matçda iştirak edə bilməyəcək.

Uzun müddətdir zədəli olan Emil Balayevlə Ataa Caber isə bərpa və müalicə prosesini davam etdirir.

Sabah keçiriləcək matç saat 15:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43