“Turan Tovuz”un menisk yırtığı diaqnozu qoyulan futbolçusu Roderik Miller artroskopik diz əməliyyatı olunub.
İdmanxeber.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klubun rəhbərliyini n və həkimlərinin icazəsi ilə müdafiəçinin əməliyyatı vətəni Panamada, milli komandanın həkimlərinin nəzarəti altında həyata keçirilib.
Bildirilib ki, əməliyyatı uğurlu keçən futbolçunun bərpa müddəti haqqında əlavə məlumat veriləcək.
Qeyd edək ki, 32 yaşlı oyunçu cari mövsüm Misli Premyer Liqasında 14 matça çıxıb, 4 qol vurub və 1 qolun ötürməsini verib.