Kateqoriyasız

“Turan Tovuz”un futbolçusu CAR millisinə çağırıldı

“Turan Tovuz” klubunun futbolçusu Siyanda Xulu Cənubi Afrika Respublikasının (CAR) milli komandasına dəvət alıb.

İdmanxeber.az-ın  məlumatına görə, 31 yaşlı müdafiəçi yoldaşlıq oyunları üçün yığmaya cəlb olunub.

Qeyd edək ki, CAR yığması noyabrın 17-də Mozambik, üç gün sonra isə Anqola ilə üz-üzə gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43