“Turan Tovuz”un kapitanı Şəhriyar Əliyev ili erkən başa vurub.
İdmanxeber.az-a verilən məlumata görə, təcrübəli futbolçu zədə səbəbindən qış fasiləsinə qədər heç bir oyuna çıxa bilməyəcək. O, Premyer Liqanın 13-cü turu çərçivəsində keçirilən “Sabah” görüşündə zədədən dönərək meydana çıxsa da, yenidən sıradan çıxmışdı.
Dizində narahatlığı davam edən futbolçu qış təlim-məşq toplanışında məşqlərini bərpa edəcək.