24 Sentyabr 2024
Ölkə futbolu

“Turan Tovuz”un legioneri milliyə dəvət aldı

“Turan Tovuz”un legioneri Denis Marandiçi Moldova millisinə dəvət alıb.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu qarşıdakı 2 oyunda yığma komandanın sərəncamında olacaq.

Müdafiəçi UEFA Millətlər Liqası çərçivəsində oktyabrın 10-da Andorra, oktyabrın 13-də isə Malta ilə keçiriləcək oyunlar üçün Moldova millisinə dəvət alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43