20 Sentyabr 2024
Ölkə futbolu

“Turan Tovuz”un müqavilə şərtlərinin digər təkliflərimlə eyni olacağını düşünmürəm”

“Bir çox klubdan təkliflərim var. Amma “Turan Tovuz”la müqaviləm olduğu üçün klubla görüşməliyəm”.

Bu sözləri İdmanxeber.az saytına Tovuz təmsilçisinin müdafiəçisi Roderik Miller haqqında çıxan transfer xəbərlərinə münasibət bildirərkən deyib. Panama millisinin üzvü daha sonra belə davam edib:

“Əgər sizə daha yaxşı təkliflər gəlsə, onu dəyərləndirməzsiniz? Hər kəs karyerasında daha da irəli getmək istəyir. Böyümək arzusu olmayan futbolçu yoxdu. Təbii ki, daha yaxşı variantım varsa, həmişə ən uyğununu seçəcəyəm. Onu da deyim ki, burada xoşbəxtəm. “Turan Tovuz”dan razıyam və 100 faiz qalmaq istərdim.

Ancaq böyümək üçün hər hansı bir variant varsa, oturub onu dəyərləndirməliyəm. “Turan Tovuz”un müqavilə şərtlərinin mənim təkliflərimlə eyni olacağını düşünmürəm. Yenə də onlarla müzakirə aparacam”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43