16 Sentyabr 2024
Ölkə futbolu

“Turan Tovuz”un sabiq üzvü I liqa klubunda

Azərbaycan millisinin sabiq futbolçusu Tərlan Quliyev “Turan Tovuz”dan ayrılıb.

İdmanxeber.az xəbər verir ki, 32 yaşlı müdafiəçi “İmişli”yə keçib. Bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Quliyevlə razılaşmanın detalları açıqlanmayıb.

Qeyd edək ki, T. Quliyev “Neftçi”, “Qarabağ”, “Kəpəz”, “Şamaxı”da da çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43