22 Oktyabr 2024
Ölkə futbolu

“Turan Tovuz”un “Şamaxı” ilə matçı 2 manata

Misli Premyer Liqasının XIII turunda keçiriləcək “Turan Tovuz” – “Şamaxı” matçının biletləri satışa çıxarılıb.

İdmanxeber.az Tovuz klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletin qiyməti 2 AZN təşkil edir. Biletləri bu gündən stadionun kassalarından əldə etmək olar.

Noyabrın 4-ü keçiriləcək sözügedən görüş saat 15:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43