Kateqoriyasız

“Turan Tovuz”un yeganə itkisi – 2 həftə sonra…

Misli Premyer Liqasının 11-ci turunda “Qarabağ”la qarşılaşacaq “Turan Tovuz” sözügedən matç üçün artıq Bakıdadı.

Klubun mətbuat xidmətindən İdmanxeber.az-a bildirilib ki, komandanın heyətində hər hansı bir cəzalı futbolçu yoxdu. Yalnız Piruzi Marakvelidze zədəli durumdadı. Gürcüstanlı yarımmüdafiəçinin ən yaxşı halda 2 həftədən sonra komandaya kömək edə biləcəyi gözlənilir.

Qeyd edək ki, saba keçiriləcək “Qarabağ” – “Turan Tovuz” matçı saat 19:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43