20 Sentyabr 2024
Ölkə futbolu

“Turan Tovuz”un yeni transferi zədələnib

“Turan Tovuz” Azərbaycan Premyer Liqası 21-ci turu çərçivəsində keçiriləcək “Sabah”la oyununa itkilərlə hazırlaşır.

Bu barədə İdmanxeber.az saytına komandanın baş məşqçisi Ayxan Abbasov məlumat verib. O bildirib ki, Luis Paçu və Faiq Hacyev xəstələnib. Oyunçular həftə ərzində keçirilən bir neçə məşqi buraxmaq məcburiyyətində qalıb. Abbasov komandanın yeni transferi Fərid Yusiflinin də zədələndiyini bildirib

Xatırladaq ki, “Sabah” – “Turan Tovuz” matçı şənbə günü saat 17:30-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43