Türkiyədə daha bir futbolçu həyata gözlərini yumub.
Ölkənin həvəskarlar liqasında çıxış edən "Siyavuşpaşaspor"un 16 yaşlı üzvü Muhammet Alihan Gürbüz məşqdə özünü pis hiss edib.
Hadisə yerinə çağırılan ambulans Alihana ilkin tibbi yardım göstərib və xəstəxanaya aparıb. Lakin bu heç bir fayda verməyib və Alihan həyatını itirib. Onun ölümünə ürəktutması səbəb olub.