23 Oktyabr 2024
Kateqoriyasız

Türk klubu “Xəzər Lənkəran”ın 2 futbolçusunu baxışa dəvət etdi

“Xəzər Lənkəran”ın gənc futbolçuları İlyas Səfərzadə və Mahsun Qənbərli karyerasını Türkiyə çempionatında davam etdirə bilər.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, Türkiyə 1-ci liqasında çıxış edən “Samsunspor”  gənc futbolçuları baxışa dəvət edib. Belə ki, yaxın günlərdə təlim-məşq toplanışına başlayacaq komanda hər iki futbolçunu sınağa çəkməkdə israrlıdı. Lakin türk klubu bu futbolçuları azad agent statusu ilə istəyir. Həm İlyasın, həm də Mahsumun cənub klubu ilə müqaviləsi olması bu məsələnin həllini bir qədər çətinə salırdı. Hazırda “Xəzər Lənkəran”ın fəaliyyətini dayanması hər iki futbolçunun yolunu aça bilər.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43