Dünyadan

Türk klubundan supertransfer

Türkiyə PTT birinci liqa klublarından olan “Karşıyaka” supertransfer etməyə hazırlaşır.

İkinci liqa komandası Rusiya Premyer Liqasında “Kuban”ın şərəfini qoruyan fransalı ulduz futbolçu Cibriel Sisseni heyətinə qatmağı planlaşdırır. 

Türkiyə mətbuatının yaydığı xəbərə görə, gələn ay Krasnodar təmsilçisi ilə yollarını ayıracaq Sisse bu keçide razılıq verdiyi deyilir.

Qeyd edək ki, fransalı forvard bu mövsüm Premyer Liqada 15 oyunda forma geyinmək şansı qazandı və 4 qola imza atıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43