Xəbər verdiyimiz kimi Türkiyənin PTT birinci liqa klublarından olan "Şanlıurfaspor"un idman direktoru Murad Daldık Azərbaycandadır. Murad bəy ölkəmizdən iki futbolçu aparmaq üçün gəlib.
İdmanxeber.com-un əldə etdiyi məlumata görə, klub rəsmisi hal-hazırda əvəzedici heyətlər arasında keçirilən "İnter" – "Xəzər Lənkəran" (1:1) matçını izləyib və bir sıra qeydlər aparıb.
Oyunun ilk hissəsi bitdikdən sonra isə Murad Daldık AZAL-ın məşqini izləməyə gedib.
Mənbə: İdmanxeber.com