Kateqoriyasız

Türk ordusuna dəstək olan “Traktor”un oyunçusu futboldan uzaqlaşdırıldı

“Traktor”un futbolçusu Mehdi Bebrini futboldan uzaqlaşdırılıb.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə qərarı İran Futbol Federasiyası verib. Belə ki, Təbriz klubunun üzvü Türkiyənin Suriyadakı “Barış pınarı” hərəkatına dəstək nümayiş etdirən paylaşımından sonra bu cəzaya məruz qalıb.

Bebrinin idmandan kənar davranışları səbəbindən müvəqqəti futboldan uzaqlaşdırıldığı bildirilib.

Qeyd edək ki, Təbriz klubunun oyunçusu türklərə dəstək məqsədi ilə sosial media hesabından Türkiyə əsgərinin və bayrağının şəklini paylaşmışdı. O, bu hərəkətinə görə tənqidlərə məruz qaldıqdan sonra paylaşımını silib


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43