Dünya futbolu

Türkiyə millisində ciddi itki: Bakıda oynaya bilməyəcək

Türkiyə millisi AVRO-2020-nin oyunları öncəsi ciddi itki ilə üzləşib.

İdmanxeber.az-ın məlumatına görə, millinin üzvü Cenk Tosun “Beşiktaş”ın heyətində “Erzurumspor”la oyunda zədələnib.

29 yaşlı hücumçu tibbi müayinədən keçib və onun diz qapağının yerindən çıxdığı məlum olub. Buna görə də futbolçu əməliyyat olunacaq. Türkiyə millisinin üzvü 6 ay yaşıl meydanlardan kənarda qalacaq. O, yığma komanda ilə bu yay keçiriləcək Avro-2020-də iştirak edə bilməyəcək.

Xatırladaq ki, Türkiyə millisi Avro-2020-də qrupun 2 oyununu Bakıda keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

İtaliya klubunda baş məşqçi dəyişikliyi

admin

Dramatik matç: “Milan” 2 top öndə olduğu oyunda məğlub oldu – VİDEO

admin

“Qəbələ”nin oyunçusu 90 dəqiqə meydanda qaldı

admin