07 Dekabr 2024
Dünya futbolu

Türkiyə millisində daha bir itki

Türkiyə millisinin hücumçusu Deniz Gül zədə səbəbindən heyətdən çıxarılıb.

İdmanxeber.az-ın məlumatına görə, Portuqaliyanın “Portu” klubunda çıxış edən futbolçu yığmanın düşərgəsindən ayrılıb. 20 yaşlı hücumçu Uels və Monteneqro ilə UEFA Millətlər Liqası matçlarını buraxacaq. Onun əvəzinə İspaniyanın “Xetafe” klubunda forma geyinən Bertuğ Yıldırım yığmaya cəlb olunub.

“Ay-ulduzlular”da daha əvvəl zədə səbəbindən Çağlar Söyüncü və Ferdi Kadıoğlu heyətdən çıxarılmışdı.

Türkiyə yığması noyabrın 16-da Uels, üç gün sonra isə Monteneqro ilə üz-üzə gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43