27 Dekabr 2024
Dünya futbolu

Türkiyə millisinin sabiq üzvü futboldan getdi

Türkiyə millisinin sabiq futbolçusu Ömər Toprak karyerasını bitirib.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə oyunçu açıqlama verib. 35 yaşlı müdafiəçi futboldan getmək vaxtının çatdığını bildirib.

Toprak karyerası ərzində “Borussiya”, “Bayer” kimi klublarda çıxış edib. O, son olaraq “Antalyaspor”da forma geyinib

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43