Gəncə şəhər stadionunun tikintisinə yaxın vaxtda başlanacaq.
İdmanxeber.az-a verilən məlumata görə, layihələndirmə aparan mütəxəssislər bu gün stadiona baxış keçirib. Nümayəndələr çalışmaların başlaması ilə bağlı son planlama işlərini nəzərdən keçirib.
Xatırladaq ki, arenanın 2025-ci ildə hazır olması planlanıb. Stadion 16 min azarkeş tutumuna malik olacaq.