Dünya futbolu

Türkiyədən darmadağın, Almaniya İngiltərə ilə “sülh”ə razılaşdı

UEFA Millətlər Liqasının qrup mərhələsində II turun növbəti oyunları keçirilib.

İdmanxeber.az xəbər verir ki, A, B və C Liqalarında ümumilikdə 6 qarşılaşma baş tutub.

C Liqasının 1-ci qrupunda yer alan Türkiyə millisi səfərdə Litvanı darmadağın edib. Digər matçda Lüksemburq səfərdə Farer adaları üzərində minimal hesablı qələbəyə sevinib.

Gecənin nəticələri ilə sizi tanış edirik:

UEFA Millətlər Liqası, II tur

A Liqası
3-cü qrup

Almaniya – İngiltərə – 1:1
Qollar:
 J.Hoffman, 50 – H.Keyn, 89 (penalti)

İtaliya – Macarıstan – 2:1
Qollar:
 N.Barella, 30, L.Pelleqrini, 45 – C.Mançini, 61  (avtoqol)

Xal durumu: İtaliya – 4, Macarıstan – 3, Almaniya – 2, İngiltərə – 1

B Liqası
3-cü qrup

Finlandiya – Monteneqro – 2:0
Qollar:
 J.Pohjanpalo, 31, 38

Bosniya və Herseqovina – Rumıniya – 1:0
Qol:
 S.Prevlyak, 68

Xal durumu: Finlandiya – 4, Bosniya və Herseqovina – 4, Monteneqro – 3, Rumıniya – 0

C Liqası
1-ci qrup

Farer Adaları – Lüksemburq – 0:1
Qol:
 G.Rodriqes, 74

Litva – Türkiyə – 0:6
Qollar:
 D.Sinik, 2, 14, S.Dursun, 56 (penalti), 81, Y.Akgün, 89, H.Dervişoğlu, 90+1

Xal durumu: Türkiyə – 6, Lüksemburq – 6, Litva – 0, Farer adaları – 0


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Barselona” Koutinyo ilə razılığa gəldi

admin

Biriləri “Roma”nı durdursun!: 10×10 – VİDEO

admin

Superkubokun ən yaxşı oyunçusu müəyyənləşdi

admin