Dünya futbolu

Türkiyəli oyunçu uğrunda mübarizə gedir

Yusuf Yazıcının “Lill”lə müqaviləsi mövsümün sonunda bitir.

İdmanxeber.az insayder Fabritsio Romanoya əsasən xəbər verir ki, türkiyəli oyunçuyla bir çox klub maraqlanır. 26 yaşlı hücumameyilli yarımmüdafiəçinin “Lill”də qalmayacağı gözlənilir.

Yusuf bu mövsüm bütün turnirlərdə 30 oyunda 10 qol vurub və 3 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43