17 Sentyabr 2024
Dünya futbolu

Türkiyə – İslandiya matçı Azərbaycan kanalında canlı yayımlanacaq

Millətlər Liqası II tur çərçivisəndə keçiriləcək Türkiyə – İslandiya matçı ölkəmizdə canlı yayımlanacaq.

İdmanxeber.az-ın məlumatına görə, görüş Türkiyənin “TV 8” kanalı ilə yanaşı, “CBC Sport”dan birbaşa nümayiş etdiriləcək. Qarşılaşma saat 22:45-də start götürəcək.

Xatırladaq ki, Türkiyə millisi qrupdakı ilk matçını Uelslə keçirib və görüş qolsuz bərabərliklə sona çatıb.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43