Dünya futbolu

Türkiyə klubları TFF-yə müraciət etdi: Liqadan çəkilmirlər

Türkiyənin zəlzələ nəticəsində dağıntılara məruz qalan Hatay və Qaziantep şəhərlərinin futbol klubları federasiyaya müraciət edib.

İdmanxeber.az “NTV Spor”a istinadən xəbər verir ki, hər iki komanda da Türkiyə Futbol Federasiyasından bundan sonrakı görüşlərini İstanbul və ya ona yaxın bölgələrdə keçirməyi tələb edib.

Klublar mövsümün sonuna qədər olan maliyyə xərclərinin də federasiya tərəfindən ödənilməsini istəyirlər. Hər iki tərəfin də liqadan çəkilmək və ya cari mövsüm elitanı tərk etməmək kimi bir tələbinin olmadığı bildirilir.

“Hatayspor”un rəsmisi Mustafa Özat Super Liqadan çəkilmək kimi bir niyyətlərinin olmadığı açıqlayıb: “Belə bir şey düşünmürük. Bu xəbərlər hardan çıxır bilmirəm. Ümumiyyətlə, hazırda bu şeyləri düşünəcək vəziyyətdə deyilik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43