Basketbol üzrə “EuroCup” turnirinin ilk finalçısı bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, Türkiyə klubu “Türk Telekom” yarımfinalda Ukrayna təmsilçisi “Poremtey”i 76:74 hesabı ilə məğlub edib.
Komanda finalda “Qran Kanaria” – “Yoventut Badalona” cütünün qalibi ilə üz-üzə gələcək.
“EuroCup” turnirinin qalibi növbəti mövsüm Avroliqada iştirak edəcək.