Kateqoriyasız

Türkiyə klubu kuboklarını satdı – qəssaba olan borca görə

Türkiyə II liqa təmsilçisi “Manisaspor”un kubokları satışa çıxarılıb.

İdmanxeber. az-ın məlumatına görə, klubun qəssaba olan borclarına görə kubokları hərraca çıxarılıb. Hərraca tək iştirak edən qəssab kubokları satın alıb. O, bunun üçün 59 min 250 lira ödəyib (təxminən 29 min manat).

Məsələylə bağlı açıqlama verən klub rəhbəri Bülent Baygel “Başa düşmürəm ki, o, bu kubokları nə edəcək. Aparıb evinə qoyub ” bunları mən qazanmışam” deyəcək?” deyə bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43