“Qarabağ”ın futbolçusu Kvabena Ovusu karyerasını Türkiyənin “Sakaryaspor” klubunda davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, Sakarya təmsilçisi Ovusunu heyətinə qatmaq üçün Ağdam klubu ilə danışıqlar aparır. “Köhlən atlar” qarşı tərəfdən bu transfer üçün 300 min avro istəyir.
Növbəti mövsüm I Liqada yarışacaq sakaryalılar bu məbləğdə endirim gözləyir.
Ovusu ötən mövsüm icarə əsasında digər Türkiyə təmsilçisi “Ankaragücü”də oyunayıb.