Türkiyənin “Adana Dəmirspor” klubu Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “ÇFR Kluj”la qarşılaşıb.
İdmanxeber.az-ın məlumatına görə, görüş 1:1 hesablı heç-heçə ilə sona çatıb. Adana təmsilçisinin səfərdə keçirdiyi qarşılaşmanın ardından klub prezidenti Mustafa Sancak azərbaycanlı baş hakim Elçin Məsiyevin idarəçiliyindən narazı qalıb:
“Avrokuboklarda matçlar çətin olacaq. Asan oyun yoxdur. Həmin gün kim şanslıdırsa, qalib gələcək. ÇFR-in vurduğu birinci qoldakı kimi..Ayağına dəydi və qol oldu. Baş hakim isə bütün qərarlarını rəqibin xeyri üçün verirdi. Belə bir şey ola bilməz”.