Dünya futbolu

Türkiyə millisinin üzvü Rusiyada tarixə düşdü

Türkiyə millisinin üzvü Yusuf Yazıcı Rusiya futbolunun tarixinə düşüb.

İdmanxeber.az xəbər verir ki, ÇSKA-nın 25 yaşlı yarımmüdafiəçisi Premyer Liqada meydana çıxdığı ilk 6 oyunun hamısında qol vurub. Umumilikdə 8 qol vuran futbolçu Rusiya çempionatında mart və aprel aylarının ən yaxşı oyunçusu seçilib.

Yusuf Yazıcı müqavilə ilə Fransanın “Lill” klubuna məxsusdur. O, mövsümün sonunadək icarə əsasında Moskva təmsilçisində çıxış edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43