“Real”In futbolçusu Arda Güler karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Bavariya” futbolçunun xidmətində maraqlıdı. Baş məşqçi Vensan Kompani türkiyəli futbolçunun alınmasını istəyib. Bu səbəbdən də “Bavariya” Güler üçün “Real”a 50 milyon avroluq təklif göndərəcək.
Gənc istedad bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda 967 dəqiqə meydanda olub, 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.