Kateqoriyasız

Türkiyə – Uels matçına nə qədər bilet satılıb? – AFFA rəsmisi açıqladı

Bu gün qardaş Türkiyə millisi Avro-2020-də növbəti matçına çıxacaq.

“Ay-ulduzlar” Bakıda Uels seçməsini qonaq edəcəklər.

Saat 20:00-da start götürəcək qarşılaşma üçün satılan bilet sayı məlum olub. AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla İdmanxeber.az-a açıqlamasında Türkiyə – Uels matçına hələlik 29 minə yaxın biletin satıldığını bildirib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43