Türkiyəli baş məşqçi Hikmet Karamanın yeni iş yeri bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis Moldovada çalışacaq. O, “Zimbru” klubu ilə anlaşıb. Tərəflər arasında 1,5 illik müqavilə imzalanıb.
Karamanın son klubu “Adana Demirspor” olub.