Kateqoriyasız

Türkiyəli mütəxəssis millimizdə?: “Danışıqlar gedir”

Millimizin baş məşqçisi postuna namizəd olan Samet Aybaba açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, “Fanatik” nəşrinə danışan 66 yaşlı mütəxəssis AFFA-dan ona maraq olduğunu təsdiqləyib. Aybaba danışıqların davam etdiyini bildirib:

“Marağın olduğu doğrudur. Danışıqlarımızın olduğunu da deyə bilərəm. Lakin rəsmi olaraq nəticələnən bir anlaşma yoxdur. Danışıqlarımız davam edir”.

Qeyd edək ki, Samet Aybabanın son iş yeri “Adana Dəmirspor” olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43