Oktyabrın 28-də Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində “Bakcell Arena”da keçirilmiş “Neftçi” – “Qarabağ” oyununa VİP-qonaq olaraq Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral dəvət olunmuşdu. “Neftçi” PFK-nın prezidenti Kamran Quliyev matçın fasiləsində oyunu Türk Hava Yolları üçün hazırlanmış xüsusi “lounge”da izləyən səfirə və Türk Hava Yollarının Bakı ofisinin rəhbəri Seyfullah İlyasa komandamızın formasını hədiyyə edib.
“Neftçi”nin 3:1 hesablı qələbəsi ilə nəticələnmiş görüşdən məmnun qaldığını bildirən Erkan Özoral “Neftçi” və Türk Hava Yolları arasında olan əməkdaşlığın, Türk Hava Yollarının “Neftçi” timsalında Azərbaycanda idmanın inkişafına öz töhfəsini verməsinin vacibliyini qeyd edib.