Dünya futbolu

Türkiyə “Avro-2024″ə ev sahibliyi edə bilər

Türkiyə 2024-cü ildə təşkil olunacaq futbol üzrə Avropa çempionatına ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb.

İdmanxeber.com-un məlumatına görə, 2016-cı ilin qitə birinciliyinə də ev sahibliyi etmək üçün namizəd olmuş Türkiyə o zaman mübarizəni bir səslə uduzmuşdu. 2020-ci ildə qitə çempionatının bütün Avropaya yayılması səbəbindən imtina edilmişdi.

“Avro-2024”ü təşkil etmək istəyən ölkələr rəsmən açıqlanmasa da, Almaniya və Hollandiyanın təklikdə, Rusiya və Estoniyanın isə birlikdə namizəd olacağı gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43