26 Fevral 2024
Dünya futbolu

Türkiyə futboluna daha bir zərbə: “Beşiktaş” da avrokuboklardan kənarlaşdırıldı

Beynəlxalq Arbitraj məhkəməsinin yeni qərarına əsasən “Fənərbağça”nın ardından Türkiyənin daha bir klubu avrokuboklardan uzaqlaşdırılıb.

Türkiyə mətbuatının yaydığı xəbərə görə, “Beşiktaş” klubu 1 il qitə miqyaslı turnirlərdə iştirak edə bilməyəcək. 

 “Beşiktaş”ın avrokubokulardan qovulduğuna görə, bu klubun əvəzinə qrupda “Tromse” iştirak edəcək. 

Qeyd edək ki, dünən keçirilən oyunun yekun nəticəsi türk təmsilçisini qrup mərhələsinə daşıyırdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43