21 Dekabr 2024
Müsahibə

Türkiyə futbolundakı xaos futbolçularımızdan da yan keçmədi: “Madriddə oynamırame…”

Türkiyənin PTT birinci liqasında mübarizə aparan "Kahramanmaraşspor"un azərbaycanlı futbolçusu Murad Axundzadə idmanxeber.com saytına müsahibə verib.

– "Kahramanmaraşspor"da işlərin necə gedir?

– Pis. Ayrılmaq üzrəyəm.

– Qərarın qətidir? Bu barədə baş məşqçi ilə və yaxud rəhbərliklə danışmısan?

– Yox, məcburi… Pullarımızı vermirlər, komanda da xaosdu. Heç kim pulunu ala bimləyib. Böyük ehtimalla ayrılacam.

– Ayrılsan hara gedəcəksən? Səninlə maraqlanan klublar var və yaxud konkret təklif göndərən…

– Yox vallah, hələ heçnə bilmirəm. Ancaq menecerlər işləyir, yəqin bir klub taparlar bizə.

– Azərbaycana geri dönmək ehtimalı var?

– Türkiyədə qalmaq istəyirəm, amma vətənimdə niyədəki yox…

– Neçə aydı maaş ala bilmirsən?

– Gedəndən bu yana… Heç kim pul almır, cibxərcliyi verirlər arada. Onunla başımızı fırladırıq.

– Bəs, niyə Türkiyədə qalmaq istəyirsən? Çünki digər klublarda da başına eynən həmin hadisə gələ bilər. Nə düşünürsən?

– Türkiyədə səviyyə başqadı. Bir də legioner olanda "otnaşeniya" başqadı. Bakıda adamı yada salan da yoxdu.

– Yəni sənin sözündən belə çıxır ki, Türkiyə birinci liqası bizim Premyer Liqadan daha səviyyəlidir.

– Yox, yox onu demədim. Madriddə oynamırameee, "Karamanmaraşspor"da oynayıram. Nə səviyyəsi? Sadəcə burada özünü futbolçu kimi hiss eləyirsən. Klubdan kluba fərq var. Mən "Rəvan"dan götürdüm.

– Yəni, "Kahramanmaraş" "Rəvan"dan daha peşəkardır?

– (Suala cavab vermir).

– Konkret qarşına hansı hədəfi qoymusan?

– Əsas hədəfim milli komandadı.

– Burdan Foqtsa nəsə demək istəyirsən?

– (gülür) Yox. Lippertə demək istəyirəm ki, çağırsın, yoxlasın bari…

Azər Axundlu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43