Ölkə futbolu

Türkiyə klubu azərbaycanlı futbolçu ilə yollarını ayırdı

Azərbaycanlı futbolçu Rəhman Hacıyev Türkiyənin “Qaziantep BB” klubundan ayrılıb.

İdmanxeber.com-un məlumatına görə, cari mövsümün ikinci yarısına daha iddialı heyətlə davam etmək niyyətində olan Qaziantep təmsilçisinin rəhbərliyi məhz bu səbəbdən 21 yaşlı futbolçumuzu yeni heyətdə görmək istəməyiblər.

Qeyd edək ki, R.Hacıyev bu yay qardaş ölkə təmsilçisinə keçmişdi. Onunla yanaşı bu komandada Vaqif Cavadov və Ufuk Budak da çıxış edirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43