“Qarabağ”ın makedoniyalı futbolçusu Muarem Muaremə Türkiyə klubu “elçi” düşüb.
İdmanxeber.com-un məlumatına görə, Avroliqadakı çıxışı ilə diqqətləri cəlb edən Muarem üçün Türkiyənin “Əskişəhərspor” klubu “Qarabağ”a təklif göndərib. Yaxın günlərdə danışılıqlara başlanılacağı söylənilsə də, “Qarabağ”ın Muaremi satacağı real görünmür.