Dünya futbolu

Türkiyə klubunda yeni baş məşqçi

Türkiyənin “Osmanlıspor” klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

İdmanxeber.com-un məlumatına görə, Ankara təmsilçisini bundan sonra Hamza Hamzaoğlu çalışdıracaq. 47 yaşlı mütəxəssis ilə 1,5 illik müqavilə imzalanacaq. O, bu postda bir neçə gün əvvəl istefaya göndərilən Mustafa Reşit Akçayı əvəz edəcək.

Qeyd edək ki, məşqçilik karyerası ərzində “Akhisar Bələdiyəspor”, “Qalatasaray” kimi klubları çalışdıran Hamzaoğlunun son iş yeri “Bursaspor” olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43