Dünya futbolu

Türkiyə klubunda yeni baş məşqçi

Türkiyə Super Liqasında mübarizə aparan “Konyaspor” klubunun yeni baş məşqçisinin adı müəyyənləşib.

Konya təmsilçisi son olaraq “Osmanlıspor”da çalışan Mustafa Reşit Akçaya tapşırılıb. Klub rəhbərliyi bir neçə baş məşqçi ilə danışıq aparsa da, sonra Akçaya güvənməyi üstün tutub. 58 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Akçay bu postda bir neçə gün öncə komandadan ayrılan Aykut Kocamanı əvəz edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43