Dünya futbolu

Türkiyə kubokunun finalının hakimləri müəyyənləşdi

Türkiyə kubokunun final matçının baş hakimi məlum olub.

“Başakşəhər” və “Konyaspor” arasında keçiriləcək həlledici qarşılaşmanı Firat Aydınus idarə edəcək. FİFA referisinə Serkan Ok və Aleks Taşçıoğlu kömək edəcək.

Əskişəhər stadionunda keçiriləcək qarşılaşma mayın 31-də Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43