Türkiyənin adlı-sanlı məşqçilərindən olan Yılmaz Vural Azərbaycan millisini çalışdıra bilər.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, Berti Foqtsla yollarını ayırmağı qərara alan Azərbaycan Futbol Federasiya sözügedən türk məşqçi ilə danışıqlara başlayıb. Son klubu "Elazığspor" olan çalışdırıcının bu təklifə "hə" dediyi bildirilir.
Qardaş ölkə mətbuatı iddia edib ki, təcrübəli mütəxəssis sentyabrın 22-də Azərbaycan millisi ilə müqavilə imzalayacaq.