23 Dekabr 2024
Dünya futbolu

Türkiyə millisinin baş məşqçisi rəsmən istefa verdi

Türkiyə milli komandasının baş məşqçisi Abdullah Avcı istefa verib.

Bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb.

2011-ci ildən qardaş ölkə yığmasını çalışdıran 50 yaşlı mütəxəssis istefa mətnində bu sözləri qeyd edib: “Futbolda qazanmaq da, məğlub olmaq da olduğu kimi birlikdə çalışmaq da, ayrılmaq da var. Mən də ayrılmağın ən doğru qərar olduğunu düşündüm və bu fikrimi TFF prezidenti cənab Yıldırım Dəmirörən ilə paylaşdım. Başda federasiya rəhbəri olmaq üzrə bütün TFF rəsmilərinə mənə verdikləri dəstəyə görə təşəkkür edirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43