Cari mövsümün hazırlıqlarını Türkiyədə davam etdirən “Rəvan” gündə 2 dəfə olmaqla məşqlərinə davam edir.
Kubun saytına istinadən verdiyimiz məlumata görə, bu gün yerli vaxtla günorta saatlarında Türkiyə millisinin sabiq çalışdırıcısı, tanınmış mütəxəssis Abdulla Avcı tanışları ilə “Rəvan”ın düşərgəsinə baş çəkib. Baş məşqçi Güvənc Kurtarla çox yaxın dost olan A.Avcı klub nümayəndələri və məşqçilər heyəti ilə təxminən 1 saat ərzində fikir mübadiləsi aparıb. Çay süfrəsi ətrafında baş tutan səmimi söhbətdən sonra xatirə şəkli də çəkilib.