Dünya futbolu

Türkiyə Superliqası: qış transfer dönəminin vaxtı açıqlandı

Türkiyə Superliqasında qış transfer pəncərəsinin vaxtı müəyyənləşdi.

Türkiyə Futbol Federasiyasının yaydığı xəbərə görə, bu mövsüm üçün 2-ci transfer və qeydiyyat dönəmi yanvarın 7-dən rəsmən açıq olacaq. Transfer və qeydiyyat dönəmi 3 fevralda başa çatacaq. Xatırladaq ki, Türkiyədə 2013/14-cü il üçün ilk transfer və qeydiyyat dönəmi 20 iyunda başlamış və 6 sentyabrda bitmişdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43